DÜNYA


Qazaxıstan ilə Türkmənistan arasında dövlət sərhədləri haqqında saziş imzalanıb

Nur-Sultan, 25 oktyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türkmənistana rəsmi səfəri zamanı iyirmi ikitərəfli sənəd, o cümlədən dövlət sərhədinin delimitasiyası haqqında saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşdə tərəflər əldə etdikləri razılaşmalar arasında sərhədlərin hüquqi möhkəmləndirilməsinə dair müqavilələrin əhəmiyyətinə diqqət çəkiblər.

Bundan başqa, prezidentlər metallurgiya, maşınqayırma, neft-kimya, qida və əczaçılıq sənayesi, həmçinin kənd təsərrüfatı məhsulları, ilk növbədə, un və buğdanın tədarükünü artırmaq məsələlərini də müzakirə ediblər.

Görüşdə, eyni zamanda, Qazaxıstanın Türkmənistan qazının idxalını əhəmiyyətli dərəcədə artırmağa hazır olduğu qeyd edilib.

Tərəflər regional və qlobal gündəlikdəki məsələləri də müzakirə ediblər.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.