İDMAN


Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısı ilə yollarını ayırıb

Bakı, 4 iyul, AZƏRTAC

Qazaxıstanın “Turan” klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevlə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki ,28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

“Turan” rəhbərliyi E.Balayevə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, qapıçı martın əvvəlində Qazaxıstan təmsilçisi ilə sözləşmə imzalamışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.