DÜNYA


Qazaxıstan koronavirus təhlükəsi ilə əlaqədar “Xorqos” sərhəd-keçid məntəqəsinin işini müvəqqəti dayandırıb

Nur-Sultan, 27 yanvar, AZƏRTAC

Qazaxıstan koronavirus təhlükəsi ilə əlaqədar “Xorqos” sərhəd-keçid məntəqəsinin işini fevralın 15-dək dayandırıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidentinin Çinlə həmsərhəd ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tapşırığından sonra Almatı vilayətinin səlahiyyətliləri gömrük postlarında yoxlamalar aparıblar. Yoxlamaların nəticələrinə əsasən sərhəd nəzarətini gücləndirmək barədə tövsiyələr verilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.