DÜNYA


Qazaxıstan koronavirusa qarşı yerli peyvəndinin sınaqlarına başlayıb

Nur-Sultan, 18 sentyabr, AZƏRTAC

Qazaxıstanda Təhsil və Elm Nazirliyinin Elm Komitəsinin Biotəhlükəsizlik Problemləri Elmi Tədqiqat İnstitutunda hazırlanan, koronavirus infeksiyasına qarşı “QazCovid” peyvəndinin klinik sınaqlarına başlanılıb.

AZƏRTAC xəbər verir ki, peyvənd tədqiqatının birinci mərhələsində 18-50 yaş arası 44 sağlam könüllünün iştirak etdiyi qeyd olunur.

Tədqiqatın ikinci mərhələsi üçün alimlər 200 nəfər cəlb etməyi planlaşdırırlar.

İkinci mərhələdə peyvəndin immunogenliyi öyrəniləcək.

Qazaxıstan peyvəndinin testində iştirak etmək üçün 688 könüllünün müraciət etdiyi qeyd olunur.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.