İQTİSADİYYAT


Qazaxıstan nümayəndə heyəti “Azəriqaz” İstehsalat Birliyində olub

Bakı, 9 dekabr, AZƏRTAC

Qazaxıstan nümayəndə heyəti “Azəriqaz” İstehsalat Birliyində olub.

Birlikdən AZƏRTAC-a bildirilib ki, qaz təchizatında əhali qrupu üzrə illik limit tətbiqinə dair təcrübəni öyrənmək üçün Qazaxıstanın “Kaztransqaz” Səhmdar Cəmiyyətinin baş direktorunun məsləhətçisi Azamat Maytievin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Nümayəndə heyətində “Kaztransqaz” SC-nin Tarif siyasəti və investisiya layihələri üzrə departamentinin əməkdaşları Janar Aliyarbek, İsin Rustem Tuleubaeviç və Aygül Kalimova yer alıb. Qonaqlar əvvəlcə Energetika Nazirliyində görüş keçiriblər. Daha sonra “Azəriqaz” İstehsalat Birliyində olublar. Birliyin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İskəndərovla danışıqlar aparan qazaxıstanlı ekspertlər öyrənmək istədikləri istiqamətlər üzrə ətraflı fikir mübadiləsi aparıblar. Qonaqlar daha sonra “Azəriqaz”ın ayrı-ayrı şöbə və idarələrinin mütəxəssisləri ilə müzakirələrə qatılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.