İQTİSADİYYAT


Qazaxıstan nümayəndə heyəti Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə məlumatlandırılıb

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycanda səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, müdafiə aviasiya sənayesi naziri Askar Jumaqaliyev və rəsmi nümayəndələr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Yüksək Texnologiyalar Parkını ziyarət ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli qonaqlara parkın fəaliyyəti, İnnovasiyalar Agentliyinin gələcək fəaliyyəti və “Falcons Summit” haqqında məlumat verib.

Tədbirdə Azərbaycandakı “Huawei”, “CISCO”, “Oracle”, “Lenovo”, “BestComp Group” kimi beynəlxalq şirkətlər iştirak ediblər və əməkdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.