SİYASƏT


Qazaxıstan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib VİDEO

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanda səfərdə olan Qazaxıstan nümayəndə heyəti iyunun 12-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gedən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri düzüblər.

Qonaqlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.

Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekov jurnalistlərə açıqlamasında ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi uğrunda işləri davam etdirəcəklərini bildirib. O deyib: “Bizim Heydər Əliyev Mərkəzi ilə çox gözəl əlaqələrimiz var. Biz təcrübə mübadiləsi aparırıq. Keçən ay Astanada Heydər Əliyevin 95 illiyinə həsr olunmuş kitabın təqdimatını etdik. İyunun 13-də isə Bakıda Nursultan Nazarbayevlə bağlı kitabın təqdimatını keçirəcəyik”.

Mahmud Kasımbekov Bakıya ilk dəfədir səfər etdiyini, şəhərimizin çox gözəl olduğunu söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.