DÜNYA


Qazaxıstan öz vətəndaşlarını Misirdən təxliyə edəcək

Nur-Sultan, 1 dekabr, AZƏRTAC

Qazaxıstan koronavirusun “omikron” ştamı ilə əlaqədar Misirdə istirahətdə olan 4 minə yaxın vətəndaşını gətirmək üçün 23 təxliyə reysi təşkil edəcək.

AZƏRTAC xəbər verir ki, yaxın vaxtlarda yerli “Air Astana” Hava Yolları Şirkətinin təyyarələri təxliyə üçün Misirdən uçuşlara başlayacaq.

Qazaxıstan Turoperatorları Assosiasiyası bildirib ki, Misirə yeni il turu alan vətəndaşlara tətil marşrutlarını dəyişmək və ya pullarının geri qaytarılması imkanı yaradılacaq.

Xatırladaq ki, Qazaxıstan səhiyyə nazirinin müavini Marat Şoranov koronavirusun yeni “omikron” ştamının ölkəyə girişinin qarşısını almaq üçün dekabrın 3-dən etibarən yeni qaydaların qüvvəyə minəcəyini və sərnişin axınının çox olduğu Misirə uçuşların dayandırılacağını bildirib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.