SİYASƏT


Qazaxıstan səfiri: Bu cür aktlar beynəlxalq humanitar hüququ və atəşkəs haqqında razılaşmaları kobudcasına pozur

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycanın Bərdə şəhərinin dinc insanların ölümü ilə nəticələnən raket atəşinə məruz qalması barədə məlumatı böyük həyəcanla və təəssüflə qarşıladım.

AZƏRTAC xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov bildirib.

Səfir qeyd edib ki, bu cür aktlar beynəlxalq humanitar hüququ və atəşkəs rejimi haqqında razılaşmaları kobudcasına pozur.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket atəşinə tutması nəticəsində 21 dinc sakin həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.