DÜNYA


Qazaxıstan və Rusiya arasında bərə nəqliyyatı işə salınacaq

Astana, 6 oktyabr, AZƏRTAC

Qazaxıstan və Rusiya hökumətləri iki ölkə arasında bərə nəqliyyatını işə salmaq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, tərəflər 2019-cu ilin ikinci yarısına qədər İrtış çayı ilə Xəzər limanları arasında bərə nəqliyyatının açılması məsələsini müzakirə ediblər və razılığa gəliblər. Razılaşmaya əsasən 2019-cu ilin birinci yarısının sonunadək gəmiqayırmanın inkişafı, gəmi təmiri və dənizçilərin diplomlarının qarşılıqlı tanınması sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.