DÜNYA
Qazaxıstan yenidən BMT İnsan Hüquqları Şurasına üzv seçilib
Nur-Sultan, 16 oktyabr, AZƏRTAC
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasında Qazaxıstan 2022-2024-cü illər üçün BMT İnsan Hüquqları Şurasına (İHŞ) üzv seçilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstanın Şuradakı işinin prioritet istiqamətləri gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılması, ölüm hökmünün ümumi ləğvi, hər cür dözümsüzlüklə mübarizə, din və etiqad azadlığı, inklüziv və ümumi təhsilin təmin edilməsi, həmçinin COVID-19 pandemiyası şəraitində insan hüquqlarına hörmət müəyyən edilib.
Qeyd edək ki, İnsan Hüquqları Şurası dünyada insan hüquqlarının təşviqi və qorunmasına cavabdeh olan 47 dövlətin daxil olduğu BMT sisteminin hökumətlərarası orqanıdır. BMT-nin İHŞ-nin səlahiyyətlərinə insan hüquqları sahəsində diqqət tələb edən bütün mövzu və vəziyyətlərin müzakirəsi daxildir. Şura üzvləri beş regional qrupdan seçilir və üç il ərzində öz vəzifələrini icra edirlər.
Xatırladaq ki, Qazaxıstan 2013-2015-ci illər üçün İnsan Hüquqları Şurasına üzv seçilmişdi.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [11:58]
Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb
- 25.04.2024 [11:42]
“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb
- 25.04.2024 [11:26]
Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək
- 25.04.2024 [11:04]
Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir
- 25.04.2024 [09:30]
“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub
- 25.04.2024 [08:06]
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
- 25.04.2024 [05:44]
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
- 25.04.2024 [05:08]
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
Azərbaycan nefti bahalaşıb
- [09:00]
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
- 24.04.2024 [23:42]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [23:21]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:45]
DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub
- 24.04.2024 [22:35]
Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb
- 24.04.2024 [22:16]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [22:07]
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub VİDEO
- 24.04.2024 [21:52]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [21:31]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [21:08]
Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH
- 24.04.2024 [21:02]
Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNİB VİDEO
- 24.04.2024 [20:46]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [20:27]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [20:05]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:37]