İQTİSADİYYAT


Qazaxıstana ixrac missiyası çərçivəsində şirkətlər arasında bir sıra razılıq əldə olunub

Bakı, 8 oktyabr, AZƏRTAC

"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə inşaat və tikinti materiallarının, qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 29 şirkətin Qazaxıstana ixrac missiyası çərçivəsində Azərbaycanın "Şərq ulduzu" və "Merit Brand" şirkətləri Qazaxıstan şirkəti ilə spirtli içkilərin ixracına dair razılığa gəliblər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Gilan Holding" Qazaxıstanın "Furkan" supermarketlər şəbəkəsinə doğranmış kartofun və "Mia" alkoqolsuz içkisinin satışına dair razılıq əldə edib. Qazaxıstana təşkil edilmiş ixrac missiyasına daxil olan "Azersun Holdinq" məhsullarının ixracına dair Qazaxıstanın "İPE Haldakov" ,"Rokos" ,"Taks" ,"Firkan" şirkətləri danışıqlar aparıb.

Qeyd edək ki, 30 sentyabr - 5 oktyabr tarixlərini əhatə edən ixrac missiyası Qazaxıstanın Almatı və Çimkent şəhərlərinə təşkil edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.