ELM VƏ TƏHSİL


Qazaxıstanda Əbu Nəsr əl-Fərabinin anadan olmasının 1150 illiyinə həsr edilmiş beynəlxalq forum keçirilib

Nur-Sultan, 19 oktyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtında böyük mütəfəkkir və alim Əbu Nəsr əl-Fərabinin anadan olmasının 1150 illiyinə həsr edilmiş “İpək Yolunda sivilizasiyaların ahəngdarlığı” Beynəlxalq Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn formatda keçirilən plenar iclas Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı, Qazaxıstanın UNESCO-nun və ISESCO-nun işləri üzrə Milli Komissiyasının, eləcə də İran İslam Respublikasının UNESCO işləri üzrə Milli Komissiyasının dəstəyi ilə baş tutub.

Böyük mütəfəkkirin şərəfinə yekun tədbir kimi təşkil olunan beynəlxalq forumda dünyanın 30 ölkəsindən alimlər iştirak ediblər. Forum dünyanın altı dilinə sinxron tərcümə ilə keçirilib və sosial şəbəkələrdə birbaşa yayımlanıb.

Xatırladaq ki, bu il Abayın 175, Əbu Nəsr əl-Fərabinin 1150, böyük ulus Altın Ordanın 750 və 2020-ci ildə MDB-nin mədəniyyət paytaxtı seçilmiş Çimkənt şəhərinin 2200 illiyi qeyd edilir.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.