DÜNYA


Qazaxıstanda “Astana Hub” Beynəlxalq İnformasiya Texnologiyaları Parkının açılışı olub

Astana, 6 noyabr, AZƏRTAC

Qazaxıstanda “Astana Hub” Beynəlxalq İnformasiya Texnologiyaları Parkının açılışı olub. Prezident Nursultan Nazarbayev açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı Qazaxıstanın startap şirkətlərinin layihələri, elmi-tədqiqat laboratoriyaları ilə maraqlanıb, IT universitetinin və “Rəqəmsal Qazaxıstan” dövlət proqramının fəaliyyəti ilə bağlı hesabatları dinləyib. Nursultan Nazarbayev Qazaxıstan üçün dördüncü sənaye inqilabının vacib olduğunu deyib, ölkə və cəmiyyətin gələcək inkişafında rəqəmsallaşdırma prosesinin əhəmiyyətini vurğulayıb. O, internetin, süni intellektin, 3D çap texnologiyasının insan həyatının bütün sahələrinə fəal surətdə daxil olduğunu bildirib. “Rəqəmsallaşma dövlətlərin inkişafı və rəqabətqabiliyyətlilik üçün vacib amillərdən birinə çevrilib. Dünyanın aparıcı ölkələri, eləcə də G-20 və Avropa İttifaqı öz strateji sənədlərini rəqəmsallaşdırma üzərində qurublar”, - deyə Prezident qeyd edib. Dövlət başçısı Qazaxıstanda rəqəmsallaşdırma proqramının həyata keçirilməsi prosesinə və bu istiqamətdə əldə edilmiş nəticələrə də diqqət çəkib. Bundan əlavə, o, IT texnologiyasının inkişafı ilə məşğul olan istedadlı gənclərə yardım göstərilməsinin zəruriliyini qeyd edib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.