DÜNYA
Qazaxıstanda “Bek Air” aviaşirkətinin fəaliyyəti dayandırılıb
Almatı, 27 dekabr, АZƏRTAC
Qazaxıstanda “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra aviaşirkət ölkənin bütün istiqamətləri üzrə uçuşları təxirə salıb, şirkətin fəaliyyəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib və günahkarların cəzalandırılacağını qeyd edib.
Qazaxıstan Baş Nazirinin göstərişi ilə onun müavininin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.
Xatırladaq ki, Qazaxıstanın “Bek Air” aviaşirkətinə məxsus təyyarə Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 95 sərnişin, 5 ekipaj üzvü olub. Son məlumatlara görə, 14 nəfər həlak olub, 35 nəfər yaralanıb.
Araşdırmalar davam edir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]