DÜNYA


Qazaxıstanda COVID-19 qarşı ilk peyvənd olunanların sayı 435 minə çatıb

Nur-Sultan, 14 aprel, AZƏRTAC

Gün ərzində Qazaxıstanda koronavirus infeksiyasına qarşı peyvənd vuranların sayı 51 mindən çoxdur. İlk peyvənd olunanların ümumi sayı 435 minə çatıb.

AZƏRTAC xəbər verir ki, bu Qazaxıstanda son bir gündə COVID-19 qarşı peyvənd vurduranların sayı rekord göstəricidir.

Bundan başqa Qazaxıstanda gələcəkdə 18 yaşa qədər uşaqların koronavirus infeksiyasına qarşı peyvəndləndirilməsi də istisna edilmir.

Xatırladaq ki, Qazaxıstanda koronavirus əleyhinə vaksinasiya fevralın 1-dən başlayıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.