DÜNYA
Qazaxıstanda COVID-19 qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Nur-Sultan, 13 iyul, AZƏRTAC
Qazaxıstanda 13 iyul - ümummilli matəm günü saat 12:00-da koronavirus pandemiyasının qurbanı olmuş vətəndaşların xatirəsi bütün ölkə üzrə bir dəqiqəlik sükutla yad ediləcək.
AZƏTAC xəbər verir ki, Qazaxıstan Prezidentinin müşaviri Yerlan Karin aktiv gəncləri, blogerləri, gənclər mərkəzlərini, fəal icmaları, gənclər təşkilatlarını və birliklərini COVID-19 qurbanlarının ailələrinə dəstək və ehtiramlarını bildirməyə dəvət edib.
Xatırladaq ki, Prezident Kasım-Jomart Tokayev iyulun 13-də Qazaxıstanda koronavirusdan ölənlərin matəm günü elan edilməsi haqda sərəncam imzalayıb.
Son məlumatlara görə, ölkə üzrə koronavirusa yoluxanların sayı 58 min 253 nəfərə, sağalanların sayı isə 33 min 814 nəfərə çatıb, COVID-19-dan 264 nəfər həlak olub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]
“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb
- 25.04.2024 [11:58]
Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb
- 25.04.2024 [11:42]
“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb
- 25.04.2024 [11:26]