İDMAN


Qazaxıstanda Qalib Cəfərovun şərəfinə yeniyetmələr arasında boks üzrə ənənəvi turnir keçiriləcəkdir

 Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 16-dan 20-dək Qazaxıstanın Aktobe şəhərində dünya və Avropa çempionu Qalib Cəfərovun şərəfinə yeniyetmələr arasında boks üzrə ənənəvi turnir keçiriləcəkdir.

AZƏRTAC xəbər verir ki, komandamız yarışda məşqçilər Təvəkkül Məmmədov və Elbrus Rzayevin rəhbərliyi altında mübarizə aparacaqlar.

Turnirdə Azərbaycanı Ümid Rüstəmov (46 kq), İbrahim İmanov (48 kq), Qüdrət Quliyev (50 kq), Ağasif Eyniyev (52 kq), Elməddin İsmayılov (54 kq), Cavid İsgəndərzadə (57 kq), Şamil İbrahimzadə (60 kq), Elmin Əsgərov (63 kq), Rövşən Musayev (66 kq), Hüseyn Tarverdili (70 kq), Elvin Məhərrəmov (75 kq), Şükran Mehdiyev (80 kq) və İlkin İmanov (80 kq-dan yuxarı) iştirak edəcəklər.

Qeyd edək ki, milliyyətcə azərbaycanlı olan Qalib Cəfərov Qazaxıstanda anadan olduğundan uzun illər bu ölkənin milli komandasının şərəfini qorumuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.