DÜNYA
Qazaxıstanda Xalqların Birlik Günü qeyd edilir
Nur-Sultan, 1 may, AZƏRTAC
Qazaxıstanda 1 may - Xalqların Birlik Günü qeyd edilir. Ənənəyə uyğun olaraq Xalqların Birlik Günü ilə əlaqədar Qazaxıstanda yaşayan xalqların adət-ənənələri ilə tanışlığı məqsədilə müxtəlif mədəniyyət mərkəzlərində bayram tədbirləri keçirilirdi.
AZƏRTAC xəbər verir ki, artıq ikinci ildir koronavirus pandemiyası səbəbindən ölkədəki bütün kütləvi tədbirlər ləğv edilib.
Qazaxıstanda bu gün qeyri-iş günüdür. Bu bayramın qayəsini ölkədə mövcud olan 150-dən çox millətin və 4 fərqli dinin nümayəndələri təşkil edir.
Xatırladaq ki, Qazaxıstan sabiq prezidenti Nursultan Nazarbayev 1996-cı ildə mayın 1-i tarixinin Qazaxıstan Xalqlarının Birlik Günü elan edilməsi barədə sərəncam imzalayıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]