SİYASƏT


Qazaxıstanda Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir

Qazaxıstanda Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir

Atırau, 9 noyabr, AZƏRTAC

Qazaxıstanın Atırau şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Aktaudakı Baş konsulluğunun və “Novruz” milli-mədəni cəmiyətinin təkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan uğrunda canlarından keçmiş şəhid həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, şəhər ziyalıları, xarici ölkələrin Atırauda yerləşən şirkət və holdinqlərinin rəhbərləri, jurnalistlər və diaspor fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Aktaudakı baş konsul əvəzi Elmar Məmmədov bildirib ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı.

Diplomat Azərbaycan ilə Qazaxıstan arasındakı əlaqələrin indiki səviyyəyə çatmasında ulu öndər Heydər Əliyevin və Elbaşı-Nursultan Nazarbayevin mühüm xidmətlərini və hazırda bu münasibətlərin Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Tədbirdə çıxış edənlər Qələbə sevincini bölüşdüyünü vurğulayıb. Həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin, eləcə də Füzuli Beynəlxalq Hava Limanının və Zəfər yolunun əhəmiyyətini diqqətə çatdırıblar.

Qeyd edək ki, bundan başqa Qazaxıstanda noyabrın 10-da Uralskda, noyabrın 13-də isə Aktauda “Zəfər Günü”nə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Atırau

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.