DÜNYA


Qazaxıstanda çovğun səbəbindən paytaxt hava limanı bağlanıb

Nur-Sultan, 27 yanvar, AZƏRTAC

Qazaxıstanın şimal və qərb vilayətlərində yağmış güclü qar artıq neçə gündür ki, həyat ritmini pozub. Paytaxt hava limanı çovğun səbəbindən bütün uçuşları ləğv edib.

AZƏRTAC xəbər verir ki, Milli Aviasiya Komitəsinin yaydığı məlumata görə, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hazırda mürəkkəb meteosferlərlə və görüntülərın məhdudlaşdırılması ilə əlaqədar Nursultan Nazarbayev Beynəlxalq Aeroportunun bütün reysləri qeyri-müəyyən müddətə təxirə salınıb. Küləyin sürəti saniyədə 20 metrə, bəzən 24 metrə çatır. Proqnoza görə, küləyin sürətinin saniyədə 27 metrə qədər artması gözlənilir.

Qeyd edək ki, xilasedicilər qar uçqunları nəticəsində bağlanmış yollardan 750 nəfəri və 1,5 mindən çox nəqliyyat vasitəsini xilas ediblər.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.