DÜNYA


Qazaxıstanda havanın temperaturu kəskin aşağı düşüb

Nur-Sultan, 19 noyabr, AZƏRTAC

Qazaxıstanın mərkəzi vilayətlərində havanın temperaturu kəskin şəkildə aşağı düşüb, qasırğa xəbərdarlığı elan olunub.

AZƏRTAC xəbər verir ki, ölkənin paytaxtı Nur-Sultanda, həmçinin Karaqanda, Pavlodar, Şərqi və Şimali Qazaxıstan vilayətlərində şaxtalı hava şəraiti hökm sürür.

Havanın temperaturu mənfi 25-33 dərəcəyədək enib. Bu gün orta mǝktǝblǝrdǝ dərslər dayandırılıb.

Qazaxıstan Hidrometeorologiya Mərkəzinin məlumatına görə, havanın temperaturu gündüz mənfi 20-25, gecǝ isə mənfi 33 dərǝcǝyǝ qədər enir.

Kəskin hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.