DÜNYA


Qazaxıstanda havanın temperaturu xeyli aşağı düşüb

Astana, 29 noyabr, AZƏRTAC

Son günlər Qazaxıstanın Akmola, Pavlodar, Cənubi Qazaxıstan, Karaqanda, Qərbi Qazaxıstan və Kustanay vilayətlərində havanın temperaturu xeyli aşağı düşüb.

AZƏRTAC xəbər verir ki, noyabrın 29-dan dekabrın 1-dək ayrı-ayrı vilayətlərdə qasırğa, şaxta, güclü qar, yolların buz bağlaması haqda xəbərdarlıq edilib. Noyabrın 29-da Astana məktəblərində ikinci növbədə oxuyan şagirdlərin dərsləri təxirə salınıb.

Regionda dekabrın 1-dək havanın temperaturu -15, -20, bəzi yerlərdə -23, -28 dərəcə olacaq.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.