DÜNYA


Qazaxıstanda karantin məhdudiyyətləri yumşaldılır

Nur-Sultan, 30 may, AZƏRTAC

Qazaxıstanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə qurumlararası komissiya əhalinin və dövlət qurumlarının təkliflərini nəzərə alaraq, ölkədə məhdudlaşdırıcı tədbirlərin azaldılması üçün əlavə qərarlar qəbul edib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanda bir sıra məktəbəqədər təhsil mərkəzləri iyunun 1-dən, kinoteatrlar iyunun 15-dən fəaliyyətini bərpa edəcək. İyunun 1-dən, həmçinin idman və mədəniyyət obyektlərinin işi (tamaşaçısız), əlavə təhsil təşkilatlarının (bir qrupda 15 nəfərdən çox olmayan), tədqiqat institutlarının və mərkəzlərinin fəaliyyəti bərpa olunacaq.

Qazaxıstan qurumlararası komissiya insanları profilaktik tədbirlərə (maskalar taxmaq, sosial məsafəni saxlamaq, təmasları azaltmaq) ciddi riayət etməyə çağırıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.