DÜNYA
Qazaxıstanda koronavirus infeksiyasından ikinci ölüm hadisəsi qeydə alınıb
Nur-Sultan, 31 mart, AZƏRTAC
Qazaxıstanda koronavirus infeksiyasından ikinci ölüm hadisəsi qeydə alınıb. Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, ölən şəxs 50 yaşındadır. O, martın 21-də Nur-Sultan şəhərində xəstəxanaya yerləşdirilib. Onun ailə üzvləri və təmasda olduğu iş yoldaşları - 31 nəfər xəstəxanaya yerləşdirilib. Digər 55 nəfər barəsində ev karantini müəyyən edilib. Bundan başqa iki yaxın ailə üzvündə koronavirus infeksiyası aşkar edilib.
Xatırladaq ki, əvvəllər koronavirusdan Akmola vilayətinin 64 yaşlı sakini vəfat etmişdi.
Son məlumatlara görə, Qazaxıstana koronavirus infeksiyasına yoluxma hallarının ümumi sayı 325 nəfərə çatıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]