DÜNYA
Qazaxıstanda koronavirusdan daha bir nəfər həyatını itirib
Nur-Sultan, 4 aprel, AZƏRTAC
Qazaxıstanın Türkistan bölgəsində bu gün səhər saatlarında COVID-19-dan 4-cü ölüm hadisəsi qeydə alınıb. Bundan əvvəl qeydə alınan ölümlər Akmola, Nur-Sultan və Karaqandada baş vermişdi.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanda sutka ərzində koronavirus infeksiyasına daha 36 nəfər yoluxub. Beləliklə, bu ölkədə koronavirusa yoluxanların sayı 500-ə çatıb.
Qazaxıstan Səhiyyə naziri Eljan Birtanov bildirib ki, yazın sonuna kimi koronavirusa yoluxanların sayı 3,5 min nəfəri keçməyəcək.
Hazırda şəhər infeksion xəstəxanalarında koronavirus infeksiyası diaqnozu ilə 91 xəstə var. Xəstələrdən 77-nin vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti son dərəcə ağır, 1-nin vəziyyəti ağır, 11 xəstənin vəziyyəti isə orta ağırdır. Bu gün COVID-19-dan 6 xəstə sağalaraq evlərinə buraxılıblar.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan