DÜNYA


Qazaxıstanda neft hasilatı rekord həddə çatıb

Astana, 8 fevral, AZƏRTAC

Qazaxıstan energetika naziri Kanat Bozumbayev bildirib ki, 2018-ci ildə ölkədə yanacaq və enerji sektorunun fəaliyyəti rekord səviyyəyə çatıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan cari yarımildə Mərkəzi Asiya ölkələrinə neft məhsullarının ixracına başlamağı planlaşdırır.

“Neft istehsalı ölkəmizin tarixində görünməyən həddə çataraq 90 milyon 360 min ton olub ki, bu da 2017-ci illə müqayisədə 4,8 faiz çoxdur, - deyə K.Bozumbayev bildirib.

O deyib ki, bu rəqəm “Kaşaqan” (13,2 milyon ton), “Tengiz” (28,6 milyon ton) və “Karaçaqanak” (12,2 milyon ton) yataqlarından hasil olunan neftin artması ilə əlaqədardır.

Nazir bu il 89 milyon ton neftin hasil edilməsinin planlaşdırıldığını vurğulayıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.