DÜNYA


Qazaxıstanda növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatına başlanılıb

Nur-Sultan, 10 aprel, AZƏRTAC

Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı kampaniya üçün təqvim planı təqdim edib.

AZƏRTAC xəbər verir ki, prezidentliyə namizədlərin qeydiyyatı bu gündən başlayır və aprelin 28-də başa çatacaq. Komissiyanın sədr müavini Konstantin Petrov növbədənkənar prezident seçkiləri üçün əsas tədbirlərin təqvim planının seçki qanunvericiliyinə uyğun olaraq hazırlandığını bildirib. Namizədlərin seçkiqabağı təşviqat kompaniyası qeydiyyat mərhələsinin bitdiyi gündən dərhal sonra başlanacaq və səsvermə gününədək davam edəcək.

Xatırladaq ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.