DÜNYA


Qazaxıstanda prezident seçkilərində iştirak edəcək beynəlxalq müşahidəçilər üçün akkreditasiya tarixi müəyyənləşib

Nur-Sultan, 12 aprel, AZƏRTAC

Qazaxıstan Mərkəzi Seçki Komissiyası növbədənkənar prezident seçkilərində iştirak edəcək beynəlxalq müşahidəçilər üçün akkreditasiya tarixlərini müəyyənləşdirib.

AZƏRTAC xəbər verir ki, qərar Qazaxıstan MSK-nın geniş tərkibli iclasında qəbul edilib.

Qazaxıstanda növbədənkənar prezident seçkilərində iştirak edəcək beynəlxalq müşahidəçilər və media nümayəndələri üçün akkreditasiya cari il aprelin 10-da başlayacaq və iyunun 3-də başa çatacaq.

Bildirilib ki, xarici KİV nümayəndələrinin ölkənin Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunması barədə vəsiqəsi olduğu halda onlar seçkiləri müşahidə edə bilərlər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.