CƏMİYYƏT


Qazaxıstanda qalmış səkkiz vətəndaşımız vətənə təxliyə olunub

Nur-Sultan, 4 avqust, AZƏRTAC

Azərbaycan hökuməti yeni koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə, müvəqqəti (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 8 vətəndaşı və 5 Qazaxıstan vətəndaşını (ailə üzvləri) ölkəmizə təxliyə edib.

Azərbaycanın Aktaudakı baş konsulluğundan AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiriliblər.

Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 149 nəfər Vətənə göndərilib.

Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.