DÜNYA


Qazaxıstanda qoruyucu maska taxmaq məcburi oldu

Nur-Sultan, 30 iyul, AZƏRTAC

Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə ictimai yerlərdə qoruyucu maskalardan istifadəni məcburi olduğunu elan edib. Səhiyyə naziri əhaliyə sanitar epidemioloji qaydalara riayət etməyi də tövsiyə edib.

AZƏRTAC xəbər verir ki, əhali üçün qoruyucu maskadan qapalı məkanlarda (aptek, mağaza, ofis, tibb təşkilatı, dövlət xidmətləri sahəsində təşkilatlarda və s.), eləcə də nəqliyyatda və küçədə istifadə etmək məcburidir.

Maska taxmayanlar 83 340 tenge (200 ABŞ dolları) cərimə olunacaqlar.

Qeyd edək ki, ölkə başçısının göstərişi ilə pandemiya səbəbindən Qazaxıstanda karantin tədbirləri avqustun 17-dək uzadılıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.