DÜNYA


Qazaxıstanda quş qripi qeydə alınıb

Nur-Sultan, 17 sentyabr, AZƏRTAC

Quş qripi xəstəliyi Şimali Qazaxıstan bölgəsinin yeddi rayonunda aşkar edilib.

AZƏRTAC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bölgədə yüksək patogen təsir göstərən quş qripinin yayılmasına qarşı tədbirlər görülür, peyvəndlər gətirilir, ərazilər dezinfeksiya edilir, quş əti və əlaqədar məhsulların ixracına qadağa qoyulub.

Təcili olaraq ölkənin epidemioloji təhlükəsizlik vəziyyətini bərpa etmək və xəstəliyin yayılmasının qarşısını almaq üçün sentyabrın 17-dən etibarən diri quşların və inkubator yumurtaların, quş əti və hər növ quş məhsulları, quşlar üçün yem və yem qatqılarının, habelə istifadə olunan avadanlıqların ixracına müvəqqəti məhdudiyyətlər qoyulub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.