DÜNYA


Qazaxıstanda sutka ərzində koronavirusa yoluxanların sayı artır

Nur-Sultan, 12 noyabr, AZƏRTAC

Qazaxıstanda sutka ərzində COVID-19 infeksiyasına yoluxma hallarında artım qeydə alınır.

AZƏRTAC xəbər verir ki, ölkədə son bir gündə 587 nəfər koronavirus infeksiyasına yoluxub.

COVID-19-a qarşı mübarizə üzrə idarələrarası komissiyadan bildirib ki, yoluxmanın ən böyük artımı - Şərqi Qazaxıstan bölgəsində son bir sutkada 231-dən çox xəstəlik halı qeydə alınıb.

Ölkədə COVID-19-a yoluxanların ümumi sayı 118 min 491 nəfərə çatıb.

Hazırda koronavirus infeksiyasından 384 uşaq daxil olmaqla 7 941 nəfər müalicə alır.

Pandemiya qurbanlarının sayı 1899 nəfərə, sağalanların sayı isə 108 min 632-ə çatıb.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.