DÜNYA


Qazaxıstanda yataqxanada partlayış baş verib

Nur-Sultan, 21 fevral, AZƏRTAC

Qazaxıstanın Petropavlovsk şəhərində yataqxanada partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə şəhərin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

Partlayış binanın birinci mərtəbəsində baş verib. Hadisə nəticəsində iki nəfər həyatını itirib, 13 nəfər xəsarət alıb, 120 nəfər isə təxliyə edilib.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.