İQTİSADİYYAT


Qazaxıstandakı çovğunla əlaqədar Bakı-Nur-Sultan aviareysi ləngiyir

Nur-Sultan, 24 yanvar, AZƏRTAC

Qazaxıstanın “Air Astana” aviaşirkətinin yanvarın 23-nə həyata keçirilməsi nəzərdə tutulan Bakı-Nur-Sultan aviareysi ləngiyir. Uçuş yanvarın 24-ü saat 04:50-də yerinə yetirilməsi nəzərdə tutulsa da, hava şəraiti səbəbindən bu, baş tutmayıb.

“Nursultan Nazarbayev” hava limanının mətbuat nümayəndəsinin AZƏRTAC-a məxsusi verdiyi məlumata əsasən, Bakı-Nur-Sultan reysinin bu gün saat 21:45-də yerinə yetirilməsi nəzərdə tutulur.

Qazaxıstanın paytaxt “Nursultan Nazarbayev” beynəlxalq hava limanında çovğunlar səbəbindən hələ də uçuşlarda ləngimələr davam edir. Son məlumatlara görə, uçuş üzrə 13, gəliş üçün isə 14 olmaqla ümumilikdə 27 aviareys təxirə salınıb.

Xatırladaq ki, artıq üçüncü gündür Qazaxıstanın paytaxtı və ölkənin digər bölgələrində hava şəraitinin kəskinləşməsi ilə əlaqədar yollarda hərəkət dayanıb və məktəblərdə dərslər ləğv edilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.