DÜNYA
Qazaxıstanın Aktau və Kurık dəniz limanlarının fəaliyyətində dinamika hiss olunur
Nur-Sultan, 6 iyun, AZƏRTAC
Yeni növ koronavirus pandemiyası (COVID -19) nəticəsində Qazaxıstanda fövqəladə vəziyyət rejiminin tətbiqi, ölkənin nəqliyyat sənayesi üçün ciddi problemə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu ilin dörd ayı ərzində ölkənin bütün nəqliyyat vasitələri ilə yük daşınmları ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azalıb. Pandemiya səbəbindən sənayenin ümumi itkiləri təqribən, 350 milyard təngə olub.
Eyni zamanda, cari ilin yanvar-aprel aylarında konteyner daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz artıb. Dəniz nəqliyyatı, Aktau və Kurık dəniz limanları vasitəsilə yüklərin daşınması da yaxşı tarif şəraitinin təmin edilməsi ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM və ya Middle Corridor) vasitəsilə nəqliyyat dinamikasında artım müşahidə olunub.
COVID-19 Qazaxıstanın nəqliyyat və logistika kompleksinə güclü təsir göstərib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan