QAN YADDAŞI
Qazaxıstanın Almatı şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Almatı, 26 fevral, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Ata Yurd (Nomad) İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhəri üzrə nümayəndəsi, Türkiyənin Almatı şəhərindəki baş konsulu, Dünya Ahıska Türkləri Birliyinin rəhbərliyi, Qazaxıstan Xalqı Assambleyasının üzvləri, yerli ziyalılar və Azərbaycan icmasının fəalları iştirak ediblər.
Qeyd olunub ki, XX əsrin sonunda baş vermiş bu soyqırımı erməni faşizminin bariz nümunəsidir və dünya birliyi bu hadisəyə hüquqi-siyasi qiymət verməlidir.
Tədbirin sonunda icma nümayəndələri adından Xocalı soyqırımına dair bəyanat qəbul edilib. Bəyanatda Ermənistan silahlı qüvvələrinin vəhşilikləri qətiyyətlə pislənir və Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.02.2024 [16:41]
Xocalı soyqırımı şahidinin xatirələri holland dilində dərc olunub
- 28.02.2024 [17:00]
Dmitri Savelyev: Xocalı hadisələrinə soyqırımından başqa ad vermək çətindir
- 28.02.2024 [02:18]