DÜNYA


Qazaxıstanın Atırau bölgəsində karantin rejimi sərtləşdirilir

Nur-Sultan, 11 iyul, AZƏRTAC

Qazaxıstanın Atırau vilayətində ən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Baş Nazirinin müavini Yeralı Tuqjanov Atırau vilayətində epidemioloji vəziyyətlə bağlı təcili yığıncaq keçirib və vilayətdə sərtləşdirilmiş karantin rejimi tətbiq edilməsi qərara alınıb.

Almatı-Atırau, Aktobe-Atırau və Mangistau-Atırau istiqamətində sərnişin dəmir yolu nəqliyyatının dayandırılması qərara alınıb. Restoran, kafe, yeməkxana və ərzaq mağazaları yalnız evə çatdırılma rejimində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Atırau bölgəsində koronavirus infeksiyasına yoluxanların sayı 7 min 150 nəfərdir. Onlardan 4 min 693 xəstə sağalıb, 13 nəfər həyatını itirib.

Hazırda Atırau vilayətində 1429 həkim pandemiya ilə mübarizə aparır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.