İQTİSADİYYAT


Qazaxıstanın Baş naziri: Türkdilli ölkələr iqtisadi əməkdaşlığı daha da fəallaşdırmalıdır

Astana, 13 mart, AZƏRTAC 

Türkdilli ölkələr iqtisadi əməkdaşlığı daha da fəallaşdırmalıdır.

Bu sözləri Qazaxıstanın Baş naziri Askar Mamin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevlə görüşündə deyib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın Baş naziri türkdilli ölkələrin iqtisadi əməkdaşlığına dair gündəliyin yaradılması ilə bağlı işləri fəallaşdırmağı lazım bildiyini söyləyib.

Görüşdə türkdilli ölkələrin iqtisadi, investisiya, nəqliyyat, logistika sahələrində iş birliyinin, eyni zamanda, müştərək firmaların yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəqabət gücünün və ixrac potensialının artırılması məsələləri müzakirə olunub.

Qazaxıstanın Baş naziri Şuraya üzv ölkələr arasında avtomobil istehsalı, turizm, kənd təsərrüfatı, yüngül sənaye və digər sahələrdə əməkdaşlıq potensialının olduğunu vurğulayıb.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.