DÜNYA


Qazaxıstanın “Egemen Qazaxıstan” qəzetinin 100 illiyi qeyd olunub VİDEO

Nur-Sultan, 22 noyabr, AZƏRTAC

Qazaxıstanın rəsmi “Egemen Qazaxıstan” qəzetinin 100 illiyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, tanınmış yazarların qatıldığı tədbirdə ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin, ölkə başçısı Kasım-Jomart Tokayevin, Parlament Senatının sədri Dariqa Nazarbayeva və Məclis parlamentinin sədri Nurlan Niqmatulinin təbrik məktubları oxunub.

Tədbir çərçivəsində “Egemen Qazaqstan”ın 100 illiyinə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılıb.

Eyni zamanda, qonaqlar üçün nəşrin tarixini əks etdirən sərgi təşkil edilib. Sərgidə qədimi fotoaparatlar, çap makinaları, diktofonlar, kitablar və ölkənin əsas qəzetinin ilk nömrələri nümayiş olunub.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.