DÜNYA


Qazaxıstanın “FlyArystan” aviaşirkəti mayda uçuşlara başlayacaq

Astana, 7 fevral, AZƏRTAC

Qazaxıstanın “FlyArystan” aviaşirkəti bu ilin may ayında fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, il ərzində dörd təyyarə ilə fəaliyyət göstərəcək aviaşirkətin 2022-ci ilədək 15 təyyarəyə sahib olacağı planlaşdırılır. Aviaşirkətin qiymətləri “Air Astana”ya nisbətən iki dəfə ucuz olacaq.

Uçuşlar 180 oturacaqdan və ekonom sinifdən ibarət olan “Airbus - A320” təyyarələri ilə yerinə yetiriləcək.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.