YUBİLEY TƏBRİKLƏRİ
Qazaxıstanın Kazinform xəbər agentliyinin İdarə Heyətinin sədri
Askar Umarov
Hörmətli Aslan Əhməd oğlu!
“Kazinform” Beynəlxalq İnformasiya Agentliyi adından Sizi və qardaş AZƏRTAC agentliyinin kollektivini 100 illik yubiley münasibətilə təbrik edirəm!
AZƏRTAC bu gün Azərbaycanda və dünyada baş verən mühüm hadisələrin işıqlandırılmasında və operativ məlumatlandırılmasında bütöv bir əsrə bərabər olan, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına uğurlu sədrlik edən, yüksək peşəkar nailiyyətlər qazanan və Rusiya, Türkiyə, Çin, Rumıniya, Ukrayna, Bolqarıstan, İtaliya, İran, Serbiya və digər ölkələrin aparıcı informasiya agentlikləri ilə etibarlı tərəfdaşlıq quran agentlikdir.
AZƏRTAC dünya informasiya məkanına əminliklə daxil olub və dünyanın tanınmış xəbər agentlikləri arasında nüfuz qazanıb.
Bizim agentliklərimizi çoxillik tarix birləşdirir – “Kazinform” və AZƏRTAC yaşıd qardaşlardır! Biz Sizinlə bərabər işləməkdən qürur duyuruq!
AZƏRTAC-ın kollektivinə cansağlığı, nailiyyətlər, tükənməz ideyalar və yaradıcılıq coşqusu arzulayıram!
Ən xoş arzularla,
Askar Umarov
Qazaxıstanın Kazinform xəbər agentliyinin İdarə Heyətinin sədri