DÜNYA
Qazaxıstanın Nursultan Nazarbayev beynəlxalq hava limanının kodu dəyişdirilib
Nur-Sultan, 7 aprel, AZƏRTAC
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 6 aprel tarixli xüsusi bildirişinə əsasən, Nursultan Nazarbayev beynəlxalq hava limanının mövcud üçrəqəmli kodu TSE-dən NQZ-ə dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, bu dəyişiklik cari il iyunun 8-dən etibarən rəsmi olaraq tətbiq ediləcək və bütün rezervasiya sistemlərində, o cümlədən biletlərdə, baqaj kartlarına, məlumat lövhələrində yeni koddan istifadə olunacaq.
Xatırladaq ki, 2017-ci ildə Qazaxıstan hökumətinin qərarı ilə Astana (indiki Nur-Sultan) hava limanının adı dəyişdirilərək Nursultan Nazarbayev beynəlxalq hava limanı olub. Paytaxt aeroportunun kodunun dəyişdirilməsi ilə bağlı danışıqlar 2017-ci ildən aparılırdı.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]