DÜNYA


Qazaxıstanın Öskemen şəhəri yaxınlığında “An-2” təyyarəsi qəzalı eniş edib VİDEO

Öskemen, 26 fevral, AZƏRTAC

Qazaxıstanın Öskemen şəhəri yaxınlığında “An-2” təyyarəsi qəzalı eniş edib.

AZƏRTAC Qazaxıstan Aviasiya İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qəzaya səbəb təyyarənin mühərrikində nasazlığın olmasıdır.

“Orlan 2000” Hava Yollarına məxsus “An-2” təyyarəsi ölkədə Öskemen-Aksuat şəhərləri arasında sanitar xidmtələri yerinə yetirirdi. Yerli vaxtla saat 12:50 radələrində təyyarənin ekipajı mühərrikdə olan vəziyyət barədə məlumat verib. Təyyarədə 5 nəfərin, onlardan 3–nün ekipaj, 2-sinin rəsmi nümayəndə olduğu bildirilib.

Qəza nəticəsində həlak olan yoxdur, hadisə ilə bağlı araşdırmalar aparılır.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Öskemen

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.