DÜNYA
Qazaxıstanın Taraz şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb VİDEO

Astana, 27 fevral, AZƏRTAC
Qazaxıstanın Taraz şəhərində yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb.
AZƏRTAC xəbər verir ki, Prezident Nursultan Nazarbayev Qazaxıstanda partlayış zamanı həlak olanların ailələrinə başsağlığı verib.
Qazaxıstan Prezidentinin göstərişi ilə fövqəladə hadisə ilə bağlı komissiya yaradılıb. Komissiyanın üzvləri hadisə yerinə yollanıblar.
Qeyd edək ki, qaz sızması nəticəsində baş verən partlayış səhər saatlarında olub. Binanın 300 sakini təxliyə edilib. İkinci mərtəbədə baş verən partlayış nəticəsində birinci və üçüncü mərtəbələrdə çökmə yaranıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [17:47]
Ermənistanın böyük şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir
- 23.09.2023 [17:08]
Corcio Napolitano ilə vida mərasimi sentyabrın 26-da keçiriləcək
- 23.09.2023 [15:29]
Fransa İtaliya üzərindən mühacir axınının qarşısını almağa çalışır
- 23.09.2023 [14:57]
Dubayda dünyanın ilk üzən məscidi tikiləcək
- 23.09.2023 [14:03]
Qazaxıstan Türkiyə ilə gömrük nəzarəti prosedurunu sadələşdirir
- 23.09.2023 [13:49]
Fransada etiraz nümayişləri yenidən alovlanır
- 23.09.2023 [13:10]
Avropada dizel yanacağı bahalaşıb
- 23.09.2023 [11:53]