CƏMİYYƏT


Qazaxıstanın Türküstan vilayətində media nümayəndələrinin beynəlxalq forumu keçirilib

Türküstan, 31 oktyabr, AZƏRTAC

Qazaxıstanın Türküstan vilayətində media nümayəndələrinin beynəlxalq forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Türküstan: yeni informasiya məkanı” adlı forumda Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tatarıstandan media rəhbərləri və nümayəndələri iştirak ediblər.

Forumun məqsədi türkdilli ölkələr arasında informasiya sahəsində əməkdaşlıq imkanları, jurnalistikada yeni texnologiyaların tətbiqi ilə bağlı müzakirələr və təcrübə mübadiləsi aparmaqdır.

Forum çərçivəsində "Media Türküstan" beynəlxalq media mərkəzinin açılışı olub.

Məlumat verilib ki, media mərkəzində Azərbaycan, türk, özbək, qırğız və rus dillərində xəbərlər yayımlanacaq. Burada Türkiyənin “TRT”, Tatarıstanın “Tatar info”, Qazaxıstanın “Kazinform”, Azərbaycanın “İTV” telekanalı, Qırğızıstanın “Khabar” agentlikləri arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.