DÜNYA


Qazaxıstanın bütün hava limanları fəaliyyətini bərpa edir

Nur-Sultan, 22 may, AZƏRTAC

Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin məlumatına görə, mayın 25-dən ölkənin bütün şəhərləri arasında hava əlaqəsi tamamilə bərpa olunacaq.

AZƏRTAC xəbər verir ki, ciddi karantin sanitariya qaydalarına riayət olunaraq aviaşirkətlər tərəfindən reyslərin sayı müstəqil şəkildə müəyyən ediləcək.

Uçuşlar nəqliyyatda baş sanitar həkimin müəyyən etdiyi ciddi sanitariya təhlükəsizliyi tədbirləri şəraitində həyata keçiriləcək, yəni şəxsi qoruyucu vasitələrdən, termometriyadan, təyyarəyə minmədən əvvəl sosial məsafə qorunmaqla hava limanları və təyyarələrdə dezinfeksiya işləri aparılacaq.

Qeyd edək ki, artıq Qazaxıstan daxilində bir çox şəhərlər arasında aviareyslər mayın 1-dən bərpa edilib.

Xatırladaq ki, Qazaxıstanda COVID-19 pandemiyası səbəbindən fövqəladə vəziyyətin elan edilməsi ilə əlaqədar ölkədə sərnişindaşımaların bütün növlərinin fəaliyyətinə məhdudiyyətlər qoyulmuşdu.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.