DÜNYA


Qazaxıstanın bütün regionlarında COVID-19-un yayılma sürətində azalma müşahidə olunur

Nur-Sultan, 6 dekabr, AZƏRTAC

Qazaxıstanın bütün bölgələri koronavirusun yayılma riskinin yüksək olduğu qırmızı zonanı tərk edib.

Nur-Sultan, Akmola, Karaqanda, Pavlodar, Kostanay və Şimali Qazaxıstan vilayətləri koronavirusun yayılma sürətinin mülayim olduğu sarı zonada yerləşir.

AZƏRTAC xəbər verir ki, bu barədə infeksiyaya nəzarət üzrə idarələrarası komissiya məlumat yayıb.

Qeyd edək ki, ötən ilin sonunda qazaxıstanlı mütəxəssislər ölkədə epidemioloji vəziyyəti qiymətləndirməyə və onun əsasında karantin tədbirləri ilə bağlı qərar qəbul etməyə imkan verən plan hazırlayıblar. Hazırda Qazaxıstanın bölgələri üç zonaya bölünür: qırmızı, sarı və yaşıl.

Dekabrın 6-na olan məlumata görə, bir gün əvvəl Şimali Qazaxıstan bölgəsi bu zonada olsa da, qırmızı zonada heç bir bölgə qalmayıb. Eyni zamanda, Nur-Sultan, Akmola, Karaqanda, Pavlodar, Kostanay və Şimali Qazaxıstan vilayətləri koronavirusun yayılma tempinin orta səviyyədə olduğu sarı sektorda yerləşir.

Yaşıl zonaya (ən az epidemioloji risk ərazisi) hazırda Almatı və Çimkənd şəhərləri, həmçinin Atırau, Aktobe, Qərbi Qazaxıstan, Türküstan, Jambil, Qızılorda, Manqistau və Şərqi Qazaxıstan vilayətləri daxildir.

Epidemiya başlayandan Qazaxıstanda 975 982 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 942 076 nəfər sağalıb, 12 785 nəfər ölüb. Ötən sutka ərzində 632 yeni yoluxma faktı aşkarlanıb.

Dekabrın 6-na ölkə üzrə 8 783 874 nəfər peyvəndin birinci komponenti ilə peyvənd olunub, onlardan 8 182 339 nəfərində peyvəndləmə prosesi başa çatıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.