İQTİSADİYYAT


Qazaxıstanın dövlət kanalında yayımlanan filmdə Azərbaycanın nəqliyyat infrastrukturu barədə məlumat verilib

Bakı, 7 dekabr, AZƏRTAC

Qazaxıstanın “Xəbər 24” dövlət kanalında yayımlanan filmdə Azərbaycanın nəqliyyat-logistika infrastrukturu barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın “Xəbər 24” dövlət kanalında “Ölkənin dəniz qapısı” (Морские ворота страны) adlı film yayımlanıb. Filmdə Çindən Avropaya qədər uzanan “Bir kəmər, bir yol” strategiyasının mühüm hissələrindən biri olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu barədə danışılır.

Yaradıcı heyət film boyu, eyni zamanda, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu haqqında tamaşaçılara maraqlı məlumatlar verir. Filmdə “Azərbaycan Xəzər Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadovun Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı Limanının imkanları, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf perspektivləri, Bakı-Tbilisi-Qars dəmir yolunun transkontinental yükdaşımalarda rolu barədə müsahibələri təqdim olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.