DÜNYA
Qazaxıstanın paytaxt hava limanında aviareyslər bərpa olunsa da, ləngimələr davam edir
Nur-Sultan, 27 yanvar, AZƏRTAC
Qazaxıstanın paytaxt hava limanında aviareyslər bərpa olunub. Hazırda “Nursultan Nazarbayev” beynəlxalq aeroportunda hava şəraiti ilə əlaqədar 30 reys təxirə salınıb, 21-i ləğv edilib.
AZƏRTAC xəbər verir ki, sinoptiklərin məlumatına əsasən, bu günlərdə ölkə ərazisində aylıq normadan çox yağıntı olub.
Qeyd edək ki, daha əvvəl çovğunlar səbəbindən Nur-Sultan hava limanında bütün uçuşların qeyri-müəyyən müddətə təxirə salındığı, aeroportun bağlandığı bildirilmişdi.
Xatırladaq ki, Nur-Sultanda hava şəraitinin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Məktəb və kollec tələbələri üçün dərslər ləğv edilib. Universitet tələbələri üçün də dərslərin ləğv edilməsi, iş vaxtının qısaldılması tövsiyə olunub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]